Bakı. Trend:
ABŞ hökumətinin tətbiq etdiyi idxal rüsumlarından ilin sonuna qədər büdcəyə 1 trilyon dollara yaxın gəlir daxil ola bilər.
Trend xəbər verir ki, bunu ölkənin maliyyə naziri Skott Bessent Nazirlər Kabinetinin iclasında bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi rüsumlardan əhəmiyyətli gəlir əldə edir:
"Dediyim kimi, bu rəqəm ildə 300 milyard dollara çatacaq. İyuldan avqusta qədər əhəmiyyətli bir sıçrayış gördük və düşünürəm ki, avqustdan sentyabra qədər daha böyük sıçrayış olacaq. Ona görə də düşünürəm ki, biz yarım trilyonu keçə və bəlkə də 1 trilyon dollara yaxınlaşa bilərik”, – Bessent vurğulayıb.