...

“Real Madrid” Dayo Upamekanonu transfer hədəfinə alıb

İdman Materials 27 Avqust 2025 04:55 (UTC +04:00)
“Real Madrid” Dayo Upamekanonu transfer hədəfinə alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Madridin “Real” klubu Fransa yığmasının və “Bavariya”nın müdafiəçisi Dayo Upamekanonu heyətinə qatmaq niyyətindədir.

Trend xəbər verir ki, İspaniya nəhəngi futbolçu ilə Münhen klubu arasında yeni müqavilə üzrə razılığın əldə olunmamasından istifadə etməyi planlaşdırır.

Məlumata görə, Upamekanonun “Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatır və tərəflər arasında altı aydır davam edən danışıqlar nəticəsiz qalıb. 26 yaşlı müdafiəçi hazırda ildə 16 milyon avro qazanır və əməkhaqqısının artırılmasını tələb edir.

Qeyd edək ki, fransalı futbolçu 2021-ci ildən “Bavariya”da çıxış edir və ötən mövsümdə 20 oyunda 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti