Bakı. Trend:
İran, Fransa, Almaniya, Britaniya və Avropa İttifaqının (Aİ) nümayəndələri İranın nüvə məsələsini müzakirə etmək üçün görüş keçirib.
Trend xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.
Onun sözlərinə görə, xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Cenevrədə üç Avropa ölkəsinin və Aİ-nin siyasi direktorları ilə görüşüb:
“Görüşdə hər iki tərəf 2231 saylı qətnamə ilə bağlı mövqelərini təqdim etdi”.
Qaribabadi bildirib ki, İran qarşılıqlı faydalı diplomatik həll yollarına sadiqdir.