Bakı. Trend:
Spotify musiqi platforması istifadəçilər arasında mesaj mübadiləsi xidməti (“Mesajlar”) təqdim etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Spotify rəsmi məlumat yayıb.
Yeni xidmət istifadəçilərə musiqi və podkastları paylaşmaq imkanı verəcək. Spotify rəhbərliyi ümid edir ki, bu xüsusiyyət proqram vasitəsilə məzmun yaradıcılarını təşviq etməyə kömək edəcək. Xidmət hər kəs üçün məcburi olmayacaq; istifadəçilər mesajlaşmanı məhdudlaşdıra və ya parametrlərdə ondan tamamilə imtina edə biləcəklər.
Spotify musiqi, audiokitab və podkastları cihazınıza yükləmədən qanuni şəkildə dinləməyə imkan verən yayım platformasıdır.