...

Tramp Vaşinqtonda ölüm hökmünün bərpasını istəyir

Dünya xəbərləri Materials 26 Avqust 2025 23:43 (UTC +04:00)
Tramp Vaşinqtonda ölüm hökmünün bərpasını istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda ölüm hökmünün yenidən tətbiq olunmasını təklif edib.

Trend-in məlumatına görə, dövlət başçısı kabinet iclasında bildirib ki, paytaxtda qətl törədən şəxslərin cəzası edam olmalıdır.

“Ölkədə buna hazır olub-olmadığımızı bilmirəm, amma başqa seçimimiz yoxdur. Kimsə kimisə öldürərsə, cəzası ölüm hökmüdür”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Vaşinqton ştatında ölüm hökmü 2018-ci ildən etibarən tətbiq edilmir.

Xəbər lenti

Xəbər lenti