...

Almaniya limanları mümkün müharibəyə hazırlıq üçün əlavə maliyyə tələb edir

Dünya xəbərləri Materials 27 Avqust 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Limanlarının Mərkəzi Assosiasiyası ölkənin müdafiə naziri Boris Pistoriusdan mümkün müharibəyə hazırlaşmaq məqsədilə müdafiə büdcəsindən vəsait ayırmağı xahiş edib.

Trend xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Assosiasiyanın nazirə ünvanladığı məktubda qeyd olunub ki, dəniz limanları logistika qovşaqları kimi hərbi ssenarilər üçün strateji əhəmiyyət kəsb edir və müharibə vəziyyətində birinci hücum hədəflərinə çevrilə bilər.

“Biz heç vaxt müharibə etməyəcəyimizə ümid etsək də, buna hazır olmalıyıq”, – məktubda vurğulanıb.

Almaniya Limanlar Assosiasiyasının hesablamalarına görə, hazırlıq və müdafiə tədbirləri üçün təxminən 3 milyard avroya ehtiyac var. Bu vəsaitlərin ağır yük daşımaları üçün ərazilərin və yanalma divarlarının təkmilləşdirilməsinə, eləcə də liman obyektlərinin hücumlardan və kibertəhlükələrdən qorunmasına sərf olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti