...

"Rheinmetall" Bolqarıstanda sursat zavodu tikəcək

Dünya xəbərləri Materials 27 Avqust 2025 06:32 (UTC +04:00)
"Rheinmetall" Bolqarıstanda sursat zavodu tikəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall” Bolqarıstanda yeni sursat zavodu inşa etməyi planlaşdırır.

Trend “Spiegel”ə istinadla xəbər verir ki, şirkət müqavilələr imzalandıqdan sonra əlavə məlumat açıqlayacaq. Bolqarıstanın hakim GERB partiyasının sədri Boyko Borisov isə feysbuk paylaşımında “Rheinmetall”ın baş icraçı direktoru Armin Papperger ilə görüşdüyünü və planları müzakirə etdiyini bildirib.

Yeni müəssisədə NATO standartlarına uyğun 155 millimetrlik mərmilər istehsal olunacaq. Layihənin dəyəri 1 milyard avro qiymətləndirilir.

“Rheinmetall” Rusiya-Ukrayna müharibəsi fonunda istehsalı genişləndirib. Şirkət Aşağı Saksoniyadakı Unterlüss şəhərində də yeni sursat zavodu açır. Burada yaxın vaxtlarda 155 millimetrlik mərmilərin seriyalı istehsalına başlanacaq: bu il 25 min, 2027-ci ildə isə 350 min mərmi istehsalı planlaşdırılır. Digər zavodlarla birlikdə “Rheinmetall”ın illik istehsalı 2027-ci ildə 1,5 milyon mərmiyə çatdırmağı hədəfləyir.

Konsern hazırda Ukraynanın əsas sursat təchizatçılarından biridir.

Xəbər lenti

Xəbər lenti