Bakı. Trend:
Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı turizm sahəsində də özünü göstərir.
Trend xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “China Ready”proqramının təqdimatı mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfəri, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması turizm sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər və yeni vəzifələr müəyyənləşdirdi.
"Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı turizm sahəsində də özünü göstərir.
Bu ilin aprelində Pekində imzalanan hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında saziş bu proseslərin ən bariz nümunəsidir.
Əlbəttə, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşması turist axınının artmasına birbaşa təsir edəcək.
Bu həm də turizm sahəsində işgüzar fəaliyyətin artmasına, iqtisadi , humanitar və mədəni əlaqələrin də genişlənməsinə töhfə verəcək.
Dövlət Turizm Agentliyinin yarandığı ilk illərdən Çin bizim üçün prioritet bazarlar sırasında yer alıb"- deyə o əlavə edib.