...

Çindən ölkəmizə gələn turistlərin sayı artıb - Agentlik

Turizm Materials 27 Avqust 2025 11:22 (UTC +04:00)
Çindən ölkəmizə gələn turistlərin sayı artıb - Agentlik
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56% artım deməkdir.

Trend xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “China Ready”proqramının təqdimatı mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, bu gün biz ölkəmizə gələn çinli turistlərin Azərbaycanda daha rahat qonaqlamasını təmin etmək, yerli turizm sənayesinin çinli turistləri qəbul etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdim edirik:

"“China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir.

Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir.

2002-ci ildə yaradılan proqram bu gün də Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçün nümunəvi model olaraq qalmaqdadır.

Biz də öz növbəmizdə ölkəmizdə turizm sənayesi nümayəndələrinin çinli ziyarətçilər üçün tam hazırlıqlı olması məqsədilə proqramın tətbiqinə dəstək veririk".

Sədrin sözlərinə görə, layihə çərçivəsində hotellər, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək.

"Əminəm ki, bu layihə mövcud və gələcək əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli turizm əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə öz töhfəsini verəcək.

Bir daha qeyd edim ki, Çin bizim üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti