...

Prezident İlham Əliyev: Azərbaycan Suriyaya qazın həcmini artıra bilər

İqtisadiyyat Materials 27 Avqust 2025 10:43 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun”.

Xəbər lenti

Xəbər lenti