...

Ağdamda tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı 53 milyon manatlıq LAYİHƏ

Cəmiyyət Materials 27 Avqust 2025 12:20 (UTC +04:00)
Ağdamda tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı 53 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusu tikiləcək.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 53 290 298 manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti