...

AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı O‘ZАKK tərəfindən akkreditasiya olunub

İqtisadiyyat Materials 27 Avqust 2025 12:27 (UTC +04:00)
AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı O‘ZАKK tərəfindən akkreditasiya olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Özbəkistan Akkreditasiya Mərkəzi (O‘ZАKK) tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunub.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Belə ki, O‘ZАKK tərəfindən uyğunluğun qiymətləndirilməsi məqsədilə keçirilən auditin müsbət nəticələri əsasında AZSTAND-ın ISO/IEC 17021-1:2015 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər. Hissə 1: Tələblər” standartına əsasən akkreditasiya sahəsi genişləndirilib. Beləliklə, Azərbaycan Standartlaşdırma İnstitutunun ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi. Tələblər” və ISO 22000:2018. “Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartları üzrə sertifikatlaşdırma səlahiyyətləri artırılıb.

AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı akkreditasiya sahəsini genişləndirməklə neft, kimya və qida sahələrində beynəlxalq standartlara uyğun sertifikatlaşdırma xidmətləri göstərmək imkanı qazanıb. Bu, müəssisələrin müvafiq sahələrdə rəqabət qabiliyyətini gücləndirir və ixrac potensialının artırılmasına töhvə verir.

Qeyd: Özbəkistan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən orqanların akkreditasiyası üzrə Özbəkistan Respublikasının xüsusi səlahiyyətli orqanıdır. O‘ZАKK 2020-ci ildən etibarən Akkreditasiya üzrə Beynəlxalq Forumun (IAF) üzvü kimi tanınır və bu status Mərkəzin qəbul etdiyi akkreditasiya qərarlarının beynəlxalq səviyyədə etibarlılığını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti