Bakı. Trend:
“Google” bildirir ki, təsdiqlənməmiş tərtibatçıların tətbiqləri artıq “Google Play” quraşdırılmış “Android” cihazlarında işləməyəcək.
Trend xəbər verir ki, rəsmi mağazadan kənar yayılan tətbiqlər “Play Store” proqramlarına nisbətən 50 dəfə daha çox zərərli kod ehtiva edir.
Yeni sistem ilkin olaraq 2026-cı ilin sonunda Braziliya, Sinqapur, İndoneziya və Taylandda, sonra isə qlobal səviyyədə tətbiq ediləcək.
"Google"un izahına görə, bu proses hava limanında şəxsiyyət yoxlamasına bənzəyir: tətbiqin məzmunu yox, yalnız tərtibatçının şəxsiyyəti yoxlanılacaq. Bu isə tərtibatçıların proqramlarını digər mağazalarda yaymasına mane olmayacaq.
Qeyd edək ki, şirkət, həmçinin, "Android Developer Konsolu" vasitəsilə tərtibatçıların şəxsiyyətini yoxlayacaq və proqram paketlərini qeydiyyata alacaq yeni platforma təqdim edəcək.