...

Azərbaycanlı pilot beynəlxalq turnirin qalibi olub

İdman Materials 27 Avqust 2025 09:56 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirində qalib olub.

Trend xəbər verir ki, Davin uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak ediblər.

Qeyd edək ki, Davin oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da mübarizə aparacaq. O, qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.

Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada Formula 4-ə qatılmaq təklifi gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti