...

Saatlıda yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlər davam etdirilir (FOTO)

Gündəm Materials 27 Avqust 2025 14:00 (UTC +04:00)
Saatlıda yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlər davam etdirilir (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, eləcə də, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin artırılması məqsədilə Saatlıda yol polisi əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblər yoxlanılıb.

Sürücülərlə profilaktik söhbətlər aparılıb və hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr verilib.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti