...

Saxalində sel və daşqınlarla bağlı fövqəladə vəziyyət elan olunub

Dünya xəbərləri Materials 27 Avqust 2025 15:11 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Saxalində leysan yağışlar nəticəsində çaylar məcrasından çıxıb, küçələri su basıb, yolları, körpüləri yuyub aparıb, bəzi ərazilərdə su yaşayış binalarının pəncərələrinə qədər qalxıb.

Trend Rusiya mediasına və vilayət Saxalin hökumətinə istinadən xəbər verir ki, təbii fəlakətdən ən çox Nevelski rayonu zərər çəkib.

Kazaçka çayı məcrasını dəyişib və indi şəhərin küçələri ilə axır. Kolxoznoye kəndində 69 ev təhlükə altındadır, sel körpünü dağıdıb, istixanaları və yardımçı tikililəri aparıb, bəzi sakinlər isə köməksiz vəziyyətdə qalıb. Sel və daşqınlar nəticəsində 7 yaşayış binası, o cümlədən bir çoxmərtəbəli ev suyun altında qalıb.

Xilasedicilər ikisi uşaq olmaqla 37 nəfəri təxliyə ediblər, 18 sakin su basmış evlərdən müvəqqəti məskunlaşma mərkəzinə aparılıb. Nevelski şəhər rayonunda bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan edilib.

Sinoptiklərin məlumatına görə, ada avqustun 27-si axşama kimi siklonun təsiri altında olacaq, bəzi yerlərdə yağıntının miqdarı 12 saat ərzində 30 millimetrdən çox ola bilər.

Xəbər lenti

Xəbər lenti