...

Azərbaycanda işsiz gənclərin sayı açıqlandı

Cəmiyyət Materials 27 Avqust 2025 15:18 (UTC +04:00)
Azərbaycanda işsiz gənclərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edir.

Trend xəbər verir ki, bu, "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Gənclərin 52.9 faizi şəhər yerlərində, 47.1 faizi isə kənd yerlərində yaşayır.

Əlavə olaraq qeyd edilib ki, Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb. Bu, 2023-cü illə müqayisədə 8738 nəfər azdır.

Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti