Brüssel. Trend:
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Azərbaycanın bir qrup media nümayəndəsi ilə görüşüb.
Trend-in Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Nümayəndəlikdə baş tutub.
Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan - NATO tərəfdaşlığı barədə məlumat verib.
Qeyd edək ki, qrupda "Trend" BİA-da İngilisdilli Xəbərlər Xidmətinin müdiri Maryana Əhmədova da yer alıb.