...

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

İdman Materials 27 Avqust 2025 18:45 (UTC +04:00)
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yeniyetmə cüdoçusu Anar Quliyev (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Trend xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Svetelin Martinovu məğlub edib.

Məhəmmədəli Hüsiyev (55 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici dueldə məğlub olublar.

Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) isə 1/16 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da başa çatacaq. Avqustun 31-də isə qarışıq komanda yarışı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti