...

Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi 3,6 milyard manatı ötüb

İqtisadiyyat Materials 27 Avqust 2025 17:45 (UTC +04:00)
Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi 3,6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 55 375 borcalana 3,611 milyard manat kredit verilib.

Bu barədə Trend İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 793 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti