...

Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa edə bilər

Dünya xəbərləri Materials 27 Avqust 2025 20:06 (UTC +04:00)
Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər,

Trend xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə bilər.

Bu ölkələrin hakimiyyət orqanları qərarları barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.

Mənbə qeyd edir ki, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti