...

Rusiya “casus cihazlarının” idxalı qaydalarını sərtləşdirib

Dünya xəbərləri Materials 27 Avqust 2025 15:30 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya hökuməti gizli şəkildə məlumat əldə etmək üçün “casus cihazları” adlandırılan qurğuların idxalı qaydalarını sərtləşdirib.

Trend xəbər verir ki, yeni idxal tələbləri artıq hökumət tərəfindən təsdiqlənib.

İndi bu cür cihazları idxal etmək üçün hüquqi şəxslər Federal Təhlükəsizlik Xidmətinə təkcə texniki pasportları deyil, həm də xarici ticarət müqaviləsinin və ya digər sənədlərin, habelə son istifadəçinin niyyətlərini təsdiq edən müqavilənin surətlərini, elmi-texniki ekspert rəyini, gizli məlumat əldə etmək üçün texniki vasitələrin dövriyyəsi sahəsində fəaliyyət göstərmək üçün lisenziyanı təqdim etməli olacaqlar.

“Casus cihazlarına” daxili kameraları olan qələmlər və digər əşyalar, gizli GPS izləyiciləri və siqnalların ələ keçirilməsi üçün qurğular daxildir. Onların qanunsuz alınmasına və ya istifadəsinə görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti