...

Azərbaycandan alma, armud və heyva ixracı 53,6% artıb

İqtisadiyyat Materials 27 Avqust 2025 15:17 (UTC +04:00)
Azərbaycandan alma, armud və heyva ixracı 53,6% artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% artıqdır.

"İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunur.

Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.

Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% artıqdır".

Xəbər lenti

Xəbər lenti