Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana Rusiyadan 21,242 milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə qazın alışına çəkilən xərc 3,9 milyon ABŞ dolları olub.
Ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana təbii qazın idxalı üzrə məlumatlar qeydə alınmayıb.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 32 milyon ABŞ dolları dəyərində 208,2 milyon kubmetr qaz halında təbii qaz idxal edilib. Təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 94,8 milyon kubmetr və ya 31,3%, dəyər ifadəsi ilə isə 13,5 milyon ABŞ dolları, yaxud da 29,6% azalıb.