...

Gənclər arasında əməkdaşlıq ədalətə və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı gücləndirəcək – Con Mulimba

Siyasət Materials 27 Avqust 2025 15:51 (UTC +04:00)
Gənclər arasında əməkdaşlıq ədalətə və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı gücləndirəcək – Con Mulimba
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Uqanda humanizmi, qarşılıqlı dəstəyi və qardaşlıq həmrəyliyini irəlilətməkdə üzərinə götürdüyü öhdəliklərlə qürur duyur.

Trend xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimba Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə QHGT üzvlərinin görüşü zamanı deyib.

O vurğulayıb ki, iki ölkənin dövlət və hökumət başçıları BMT-nin 2030 Gündəliyinin reallaşdırılmasında gənclərin iştirakını təmin edən mühüm platforma yaradıblar:

“Onlar, həmçinin, gənclərin ideya mübadiləsi aparacağı və əhəmiyyətli nəticələrini paylaşacağı bir platforma kimi NAMI-nin yaradılmasını alqışlayırlar. Kvakuda yerləşən İcma əsaslı Miqrasiya və NAMI Tədqiqat Mərkəzi gənclərin təşəbbüslərinə əsaslanan həll yollarının axtarışında mühüm mərhələdir və ideyalarının inkişaf etdirilməsi üçün platforma təqdim edir.

2026-cı ildə Kampala nümayəndə heyəti gənclərə ləyaqətli məşğulluq imkanlarına çıxış verən həllərin zəruriliyini xüsusi vurğulayıb. Hazırda yalnız dörd üzv dövlət icma əsaslı strategiyalarda iştirak etsə də, gənclər artıq iqtisadi transformasiyanın aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan biz BMT-nin Baş Assambleyasının 7306 saylı qətnaməsində təsbit edilən qurumun yaradılmasını alqışlayırıq. Bu institut gənclərin xüsusilə sülh, insan hüquqları və dayanıqlı inkişaf sahələrində formalaşdırıcı rolunu önə çəkir”.

O bildirib ki, gənclər arasında əməkdaşlıq qarşılıqlı inkişaf üçün dinamik vasitə ola bilər:

“Bu, əməkdaşlığımızı möhkəmləndirməyə və ədalət və ortaq dəyərlərə əsaslanan qərəzsiz beynəlxalq tərəfdaşlığı nümayiş etdirməyə xidmət edir. Biz mədəniyyətlərarası və beynəlxalq dialoqu təşviq etməli, gənclərin təcrübəsini onların cəsarətli ideyaları ilə birləşdirməliyik. Gəlin birlikdə millətlərimizi və hərəkatımızı ədalət, sülh və dayanıqlı tərəqqiyə aparacaq yeni nəsil liderləri və vətəndaşları formalaşdıraq”.

“Uqanda xalqı və bu gün burada toplaşmış gənclərin enerjisi adından demək istəyirəm ki, biz bu yolu davam etdirməliyik. Uqanda bu yolda sizinlə birlikdə getməyə hazırdır — cəsarətlə, inklüziv şəkildə və Birləşmiş Millətlər Təşkilatının gələcəyində gənclərin liderliyinə inamla”, - deyə o fikirlərini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti