...

Fransada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 27 Avqust 2025 14:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada çikunqunya virusuna yoluxanların sayı artaraq, 154 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin Regional Səhiyyə Agentliyi təsdiqləyib.

Bildirilib ki, agentlik və yerli hakimiyyət orqanları sakinləri ağcaqanadların çoxalmasının qarşısını almağa və bu həşəratlara qarşı mübarizə aparmağa çağırıb.

Bildirək ki, çikunqunya virusu hərarət, oynaq və baş ağrıları, dəridə səpkilər və yorğunluq kimi simptomlarla müşayiət edilir. Bəzən bu virusa yoluxan insanların vəziyyəti olduqca pisləşir, nadir hallarda isə virusa tutulma ölümlə nəticələnir.

Onu da qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının səhiyyə orqanları Fransa-Avstriya birgə müəssisəsi olan “Valneva” laboratoriyasında hazırlanmış çikunqunya əleyhinə peyvəndin istifadəsini bu il avqustun 25-dən rəsmi olaraq dayandırıb. Bu qərar peyvəndin əlavə təsirlərinin aşkarlanması ilə izah edilir.

Xəbər lenti

Xəbər lenti