...

Ağdamın Quzanlı qəsəbəsindəki evlərin əsaslı təmirinə başlanılır

Cəmiyyət Materials 27 Avqust 2025 17:18 (UTC +04:00)
Ağdamın Quzanlı qəsəbəsindəki evlərin əsaslı təmirinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunun Quzanlı qəsəbəsində "Daş evlər" adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmirinə başlanılır.

Trend-in məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.

RİH sözügedən işlərin icrasını “FEB-222 TİXS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 170 003 manat ödənilib.

İşlərin həvalə olunduğu “FEB-222 TİXS” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bağırov Fərhad Elmidar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti