...

Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 27 Avqust 2025 17:31 (UTC +04:00)
Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam.Trend:

Ağdamda ata azyaşlı körpəsini döyərək ölümcül hala salıb.

Trend xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Rəhimov Musa Sadiq oğlu ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyətinin kəskin ağır olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən ata Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Ağdamda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub.

Sözügedən körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb. Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə nahiyəsini dişləyərək xəsarət yetiribmişlər.

Körpə müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb. Lakin sonradan uşaq valideynlərinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti