Bakı. Trend:
İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransa milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Trend xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson D qrupu çərçivəsində sentyabrın 5-də Reykyavikdə Azərbaycan, 9-da isə Parisdə Fransa millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qapıçılar: Elias Rafn Olafsson (“Midtüllann”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);
Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venetsiya”, İtaliya);
Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Torir Yohann Helqason (“Leççe”, İtaliya), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Kristian Hlinsson (“Tvente”, Niderland), Villum Tor Villumsson (“Birmingem”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);
Hücumçular: Albert Qudmundsson (“Fiorentina”), Saevar Atli Maqnusson (“Brann”, Norveç), Andri Qudyonsen (“Gent”, Belçika), Orri Oskarsson (“Real Sosyedad”, İspaniya), Daniel Qudyonsen (“Malmö”, İsveç).
Qeyd edək ki, İslandiya - Azərbaycan qarşılaşması sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda keçiriləcək.