Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.
İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.
xxx
22:32
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda beşinci qol vurulub.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 82-ci dəqiqəsində rəqibin heyətində Aleks Tot diqqət mərkəzinə düşüb.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
xxx
22:09
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda dördüncü qol vurulub.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 55-ci dəqiqəsində rəqibin heyətində Barnabaş Varqa diqqət mərkəzinə düşüb. Hücumçu penaltidən fərqlənib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
xxx
21:35
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qolu vurulub.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
xxx
21:15
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab bərabərləşib.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə hesabı 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef açıb.
"Qarabağ"ın heyətində qolu 25-ci dəqiqədə Leandro Andrade vurub.
xxx
20:48
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başlayıb.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.