Bakı. Trend:
ABŞ hakimiyyəti Şimali Koreyanın təşkil etdiyi informasiya texnologiyaları fırıldaqçılığı sxemində əli olduğuna hesab etdikləri üçün iki şəxs və iki şirkəti sanksiyalar siyahısına əlavə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Məlumata əsasən, məhdudiyyətlər Rusiya vətəndaşı və KXDR vətəndaşına, həmçinin bir Şimali Koreya şirkəti və bir Çin şirkətinə şamil edilib.
ABŞ maliyyə nazirinin müavini Con Hyorli qeyd edib ki, KXDR hökumətinin hərəkətləri “məlumatları oğurlayan və sonra qarşılığına pul tələb edən xaricdə yaşayan İT mütəxəssislərinin iştirakı ilə saxta sxemlərdən istifadə edərək Amerika şirkətlərinə hücum etmək” məqsədi daşıyır.