Bakı. Trend:
Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, sonra isə ABŞ-yə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında videomüraciətində bildirib.
"Sabah - İsveçrədə görüşlər, cümə günü - Amerika Birləşmiş Ştatları, Nyu-York, prezident [ABŞ Donald] Trampın komandası ilə görüşlər olacaq", - deyə o bildirib.
O qeyd edib ki, təhlükəsizlik təminatlarının məzmunu üzərində işləyənlərin hamısı – təhlükəsizlik təminatlarının hərbi, siyasi və iqtisadi komponentləri üzrə çalışanlar – cəlb olunacaqlar.