Yevlax. Trend:
Yevlax rayonunda bıçaqlanma hadisəsi olub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə Yevlax şəhər ərazisində baş verib.
Rayon sakini 2009-cu il təvəllüdlü Hüseyn Qasımov mübahisə zəminində həmyerlisi 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev tərəfindən bıçaqlanıb.
H.Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.