Bakı. Trend:
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları 19-cu sanksiyalar paketinə daxil etməyini nəzərdən keçirirlər.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agetliyi mənbələrə istinadən xəbər verib.
"Avrop İttifaqı üçüncü ölkələrin Rusiyaya blokun Moskvaya qarşı mövcud cəza tədbirlərindən yan keçməsinə kömək etməməsi üçün ikinci dərəcəli sanksiyalar tətbiq etməyi düşünür", - deyə agentlik vəziyyətlə tanış olan şəxslərə istinadən yazıb.
Qeyd olunub ki, Aİ xarici işlər nazirləri bu həftənin sonunda Kopenhagendə görüşəcəklər. Onların 19-cu anti-Rusiya sanksiyalar paketinə daxil edilə biləcək müxtəlif tədbirləri müzakirə edəcəkləri gözlənilir.