...

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatına qələbə ilə başlayıb

İdman Materials 27 Avqust 2025 23:55 (UTC +04:00)
Basketbol üzrə Türkiyə millisi Avropa çempionatına qələbə ilə başlayıb

Bakı. Trend:

Kişi basketbolçuları arasında Avropa çempionatı start götürüb.

Trend-in məlumatına görə, A qrupunda yer alan Türkiyə millisi turnirin ev sahiblərindən olan Latviya ilə qarşılaşıb.

Riqa şəhərində yerləşən “Arena Riqa”da oynanılan matç “ay-ulduzlular”ın 93:73 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə yığması ikinci görüşünü avqustun 29-da Çexiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti