Bakı. Trend:
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə paylaşım edib.
Trend xəbər verir, paylaşımda deyilir:
"Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"