...

Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb

İdman Materials 28 Avqust 2025 13:56 (UTC +04:00)
Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti