...

Zərdabda 20 yaşlı gənc qohumunu dəhrə ilə vurdu – Saxlanıldı

Hadisə Materials 28 Avqust 2025 09:15 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Zərdabda dəhrə ilə qohumunun mübahisə etdiyi şəxsə xəsarət yetirən şəxs saxlanılıb.

Trend xəbər verir ki, hadisə rayonun Qoşaoba kəndində baş verib.

Belə ki, dünən 2003-cü il A.Abbasov Zərdab rayonu, Qoşaoba kəndində qohumu H.Rəşidli ilə mübahisə edən 1989-cu il təvəllüdlü M.Talıblıya bel nahiyəsindən ot biçmək üçün istifadə edilən dəhrə aləti ilə bir dəfə vurmaqla ona xəsarət yetirib.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən aradırma aparılır və Abbas Abbasov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti