...

Azərbaycandan Türkiyəyə qaz ixracı 2% artıb

Energetika Materials 28 Avqust 2025 13:21 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə qaz ixracı 2% artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 5,792 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Trend Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,96% çoxdur.

Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1,019 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 22,88 milyon kubmetr və ya 2,29% çoxdur.

Bununla da hesabat ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr sırasında ilk pillədə qərarlaşıb. Belə ki, Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 32,19%-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti