...

STAR neft emalı zavodu iyunda dizel istehsalını artırıb

Energetika Materials 28 Avqust 2025 14:12 (UTC +04:00)
STAR neft emalı zavodu iyunda dizel istehsalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında 527 978 ton dizel yanacağı istehsal edib.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodun istehsal həcmi 318 865 ton təşkil edirdi. Nəticə etibarı ilə istehsalat həcmi illik ifadədə 209 113 ton və ya 65,6 faiz artıb.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla, müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti