...

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyul ayları üzrə renkinqi

İqtisadiyyat Materials 28 Avqust 2025 11:36 (UTC +04:00)
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyul ayları üzrə renkinqi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 529,307 milyon manat sığorta ödənişi edilib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.

Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (328,510 milyon manat) olub. İkinci yerdə 77,913 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 38,828 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

“Paşa Həyat Sığorta”

328,510

“Paşa Sığorta”

77,913

“Atəşgah Həyat” Sığorta Şirkəti

38,828

“Atəşgah” Sığorta Şirkəti

22,877

“Qala Sığorta”

15,043

“Meqa Sığorta”

9,239

“Azərbaycan Sənaye Sığorta”

6,913

“A-Qroup Sığorta Şirkəti”

6,343

“Xalq Sığorta”

5,836

“Aqrar Sığorta”

4,772

“Xalq Həyat” Sığorta Şirkəti

3,648

“AtaSığorta”

3,108

“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

3,055

“Qala Həyat” Sığorta Şirkəti

2,010

“AzSığorta”

1,150

“İpək Yolu Sığorta”

62

Məqalədə:
Xəbər lenti

Xəbər lenti