Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Minneapolisdəki katolik məktəbində baş verən atışmanı daxili terror aktı kimi araşdırır.
Trend-in məlumatına görə, bu barədə FTB direktoru Keş Patel "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, FTB hadisəni "daxili terror aktı və katoliklərə qarşı nifrət cinayəti" kimi qiymətləndirərək atışma ilə bağlı araşdırma aparır.