Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 472,199 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 71,7 milyon manat və ya 17,9% çoxdur.
Eyni zamanda, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi 372,667 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 79,1 milyon manat və ya 27% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.