Bakı. Trend:
"Avropa üçlüyü" - Britaniya, Almaniya və Fransa BMT İrana qarşı sanksiyalarının yenilənməsi mexanizmini işə salsa, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqdan imtina edə bilər.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Biz Avropa ölkələrinə aydın şəkildə bildirdik ki, onlar <...> "snapback" mexanizmini işə salsalar, İran təbii ki, lazımi əks tədbirləri görəcək. Biz onlara həmçinin bildirdik ki, belə bir addım atılacağı təqdirdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə bütün əməkdaşlıq və qarşılıqlı fəaliyyət tamamilə təhlükə altına düşəcək və effektiv şəkildə dayandırılacaq", - deyə o qeyd edib.