Bakı. Trend:
2025-ci ilin ilk altı ayında Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlamalar zamanı yanvarda – 4, fevralda – 3, apreldə - 1, mayda – 2, iyunda – 2 olmaqla, ümumilikdə 12 cərrah fəaliyyəti göstərən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənbeh tədbiri görülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu cərrah fəaliyyəti göstərən şəxslərin beşi
haqqında İXM-in 215.1-ci maddəsi (Özəl tibb fəaliyyəti üçün
verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb
fəaliyyətinin həyata keçirilməsinə görə), ikisi haqqında 215.3-cü
maddəsi (İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada göstərilməməsinə görə) və beşi barəsində 215.4-cü
maddəsi (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən
şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmasına görə)
ilə protokol tərtib edilərək, növbəti icraat üçün aidiyyati quruma
göndərilib.
"AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında
qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı
vasitələrlə məlumat verə bilərlər:
•“Bir pəncərə” sektoru
•Qaynar xətt: (012) 596 05 20
•E-poçt: [email protected]
•Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət
olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata
keçirilir",- deyə məlumatda qeyd edilib.