...

İsrailin xarici işlər naziri Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib

Dünya xəbərləri Materials 28 Avqust 2025 05:42 (UTC +04:00)
İsrailin xarici işlər naziri Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib

Bakı. Trend:

İsrailin xarici işlər naziri Qideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib,

Məlumata əsasən, Q.Saarın Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra jurnalistlər İsrailin xarici işlər nazirinə “Fələstin dövləti üçün planın nədən ibarət olduğunu” soruşublar.

Qeyd edilib ki, cavabında o, “onun [dövlətin] mövcud olmayacağını bəyan etdi”. Saar Rubio ilə görüşü “çox yaxşı” adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti