Bakı. Trend:
"Beşiktaş" futbol klubu Aleks Oksleyd-Çemberleynlə əməkdaşlığı son qoyub.
Trend-in məlumatına görə, klub və futbolçu qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər.
İstanbul təmsilçisi müqavilənin vaxtından əvvəl pozulmasına görə ingilis yarımmüdafiəçiyə 1 milyon 750 min avro kompensasiya ödəyib.
Xatırladaq ki, 2023-cü ildən "Beşiktaş"ın formasını geyinən Aleks ümumilikdə 50 oyunda meydana çıxaraq 5 qola imza atıb.