Bakı. Trend:
Əfqanıstanın Kabil şəhəri yaxınlığında avtobusun aşması nəticəsində azı 25 nəfər ölüb, 27 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Mətin Kaniyə istinadən bildirib.
Məlumata əsasən, qəzanın səbəbkarı avtobus sürücüsü olub. Maşın magistral yolda aşıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.