Bakı. Trend:
Meksika hakimiyyəti ABŞ prezidenti Donald Trampın çoxdankı tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları qaldırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, rüsumların artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir. Rüsumların səviyyələri ilə bağlı hələlik yekun qərar verilməyib.
Bildirilib ki, Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-yə idxalının qarşısını almaq istəyi ilə izah olunur.