...

Sabirabadda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib

Hadisə Materials 28 Avqust 2025 04:17 (UTC +04:00)
Sabirabadda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib

Bakı. Trend:

Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə Sabirabad şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti